“İşsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb” - Komitə sədri

“İşsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb” - Komitə sədri
  25 Dekabr 2017    Oxunub:1887
“Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön plana çəkilib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda əhalinin təbii artımı ildə 1,3 faizdir. Onun sözlərinə görə, ölkədə işsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb.

H.Rəcəbli əlavə edib ki, “Turizm haqqında” qanunun yenidən hazırlanması turizmin inkişafına şərait yaradacaq. Təbii ki, bu, yeni iş yerlərinin açılması deməkdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Hadı-Rəcəbli  





Xəbər lenti