"Bütün öhdəlikləri ləyaqətlə yerinə yetiririk" - Baş nazirin müavini
Baş nazirin müavini bildirib ki, ekoloji tarazlığın təmin edilməsi mühüm məsələdir: “İnsan haqları və hüquqlarının təkmilləşdirilməsi, gender bərabərliyi də bu layihədə yer alıb. Azərbaycan bu proqrama qoşulub, öhdəliklər götürüb. Layihədə 3 sahə üzrə 17 məqsəd müəyyənləşdirilib. Bu proqram BMT tərəfindən ciddi nəzarətə götürülüb. Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılır”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökumətinin hazırladığı hesabat bu ilin iyul ayında BMT-yə təqdim edilib. O, əlavə edib ki, Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir.
Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Əli-Əhmədov