“ASAN Radio” 2 yaşında

“ASAN Radio” 2 yaşında
  24 Dekabr 2017    Oxunub:3080
Bu gün ASAN Radio 100 FM-in yayıma başlamasının iki ili tamam olur.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

ASAN Radio sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir.

ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. ASAN Radioda Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” adlı veriliş yayımlanır. ASAN Radio həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçir. ASAN Radio hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqiləri təqdim edir.

ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. ASAN Radio həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radio Bakı və Abşeron yarımadası, Sumqayıtda 100 FM-də, Cənub və Aran bölgəsində -Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır.

AzVision.az kollektivi adından həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq.


Teqlər: ASAN-Radio  





Xəbər lenti