YAP-çı deputatlar məmurlarla bir arada - FOTOLAR
Əli Əhmədov çıxışında bildirib ki, YAP-ın ənənəvi dekabr konfransında ölkəmizin iqtisadiyyatı, sosial həyatı, beynəlxalq əlaqələri ilə bağlı önəmli fikir mübadiləsi aparılır:
“Prezidentimizin rəhbərliyi altında hazırlanmış və uğurla həyata keçirilən siyasətin ayrı-ayrı aspektləri haqqında fikir mübadiləsi aparılacaq”.
Baş nazirin müavini diqqətə çatdırıb ki, konfrans əlamətdar gün ərəfəsində keçirilir: "Dekabr ayının 24-də Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günüdür. Mən fürsətdən istifadə edərək doğum günü münasibətilə prezidentimizi təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram".
Konfrans çıxışlarla davam edib.
Anar Kəlbiyev
FOTO: Elvin Abdulla
AzVision.az
Teqlər: YAP