Prezident Gürcüstanın DİN rəhbərini qəbul edib
Dövlətimizin başçısı Giorgi Qaxarianı Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Giorgi Qaxaria təbrikə görə minnətdarlığını bildirərək bundan əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışarkən dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. O, iki ölkə Daxili İşlər nazirlikləri arasında uğurlu əməkdaşlıq aparıldığını dedi.
Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edildi, Azərbaycan və Gürcüstan hüquq mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik ifadə olundu.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Qəbul Gürcüstan Nazir