“Nə Qəmbərin, nə də Kərimlinin şansı var”

“Nə Qəmbərin, nə də Kərimlinin şansı var”
  22 Dekabr 2017    Oxunub:1879
Keçmiş daxili işlər naziri, Millətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidovun “Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində İsa Qəmbərlə Əli Kərimlinin şansı daha çoxdur” deməsi konstruktiv müxalifət düşərgəsində birmənalı qarşılanmayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində 2018-ci il prezident seçkilərində adı çəkilən şəxslərin qalıb gəlmək şansı qətiyyən yoxdur: “İsa Qəmbər sonuncu dəfə 2010-cu il parlament seçkilərində iştirak edib və İlham Əliyevi dəstəkləyən bir jurnalistə məğlub olub. İlham Əliyevi dəstəkləyən jurnalistə məğlub olan adam prezident seçkisində hansı qələbəni qazana bilər?! Daha sonra cəmiyyət Müsavat partiyasında baş vermiş dərin böranın şahidi oldu. Qurultaydan sonra xeyli insan partiyanı tərk etdi. Səbəb Arif Hacılının başqan seçilməsi idi. Hazırda Müsavat çox zəif bir partiyaya çevrilib. Şəxsən mən inanmıram ki, prezident seçkilərində qeydə alınmaq üçün tələb olunan 50 000 imzanı toplaya bilsin”.

Əli Kərimliyə gəldikdə isə, Orduxanlı bildirib ki, onun qohumlarının əksəriyyəti Avropanın inkişaf etmiş ölkələrində - Hollandiyada, Fransada, Almaniyada “siyasi mühacir” statusu ilə yaşaır: “Övladları İngiltərədədir. Hər kəs gözləyir ki, bu yaxınlarda Kərimlinin özü də xarici ölkələrinin birinə köçəcək. Sadəcə, xarici pasportu olmadığından, gedə bilmir. Kərimlinin 5-10 şablon cümləni əzbərləyib, təkrarlaması onun şansının yüksək olması mənasına gələ bilməz. Ətrafında bir nəfər göstərə bilməzsiniz ki, həmin adam Elçibəyin zamanında partiya rəhbərliyində olub. Elçibəy dünyasını dəyişəndən sonra partiyanın 19 nəfərlik Rəyasət heyətinin bir nəfər üzvü belə, partiyada qalmayıb. Səbəb də Əli Kərimlinin şəxsi ambissiyalarıdır”.



Teqlər:





Xəbər lenti