Gəncə Filarmoniyasında ilk konsert olub
Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu konsert iştirakçılarını salamlayaraq Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertin tarixi gün olduğunu bildirərək, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. Sonra Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə vəsiqələr təqdim edilib.
Rəsmi hissənin ardınca konsert proqramına start verilib. Konsertdə xalq artisti Rafael Bayramovun dirijorluğu ilə "Gəncə Dövlət Kamera Orkestrı", Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, “Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı”, ifaçılar Samir Məmmədov, Elvin Pişnəmazadə, Həmid Məmmədov, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri və başqaları musiqi proqramları ilə çıxış ediblər. Konsert xalq artisti Samir Cəfərovun ifa etdiyi “Xalq Heydər söyləyəcək” nəğməsi ilə yekunlaşıb.
AzVision.az
Teqlər: Gəncə