Mübariz Qurbanlı ravvinlə görüşüb
Mübariz Qurbanlı öz əhəmiyyətinə görə xüsusi diqqət çəkən konfransın Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə növbəti ildə də təşkil ediləcəyini qeyd edib. O, dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsinin zəruriliyinin nəzərə alındığını və bu prosesin davam etdirilməsi üçün Koordinasiya Şurasının yaradılacağını vurğulayıb. Şuraya yəhudi icmalarının da üzv olacaqlarına və fəal iştirak edəcəklərinə ümidvar olduğunu qeyd edib.
Abraham Kuper bu cür mühüm konfransa dəvət üçün təşəkkürünü bildirib. Konfransın əhəmiyyətinə toxunan qonaq Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlığın, dinə münasibətin ölkələr tərəfindən nümunəvi model kimi qəbul olunduğunu və bəyənildiyini vurğulayıb. Səmimi şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
AzVision.az
Teqlər: