Ermənistanla bağlı təklif Gürcüstanda etiraza səbəb oldu

Ermənistanla bağlı təklif Gürcüstanda etiraza səbəb oldu
  22 Dekabr 2017    Oxunub:2636
Gürcüstanın baş nazir Georgi Kvirikaşvili ötən gün parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.
Gürcüstan müxalifəti baş nazirin təklifinii sərt tənqid edib.

Gürcüstan parlamentində Vahid Milli Hərəkat Partiyasını təmsil edən azərbaycanlı deputat Azər Süleymanov AzVision.az-a bildirib ki, bu məsələ parlamentdə geniş müzakirələrə səbəb olub.

A.Süleymanov vurğulayıb ki, həmin ərazidə dəmiryolunun olacağı ilə bağlı fikirlər səsləndirilir: “Ermənilərin istədiyi odur ki, Abxaziyadan dəmiryolu açılsın. Bu baxımdan Abxaziya dəmiryolunu gündəmə gətirmək istəyirlər. Yavaş-yavaş buna doğru gedildiyi görünür. Məndə olan məlumata görə, orada təmir işləri başlayıb. Gürcüstan rəhbərliyi bu məsələyə ciddi yanaşmalıdır. Bu gün Gürcüstan Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlıq edirsə, nəzərə almalıdır ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan oradan daşınacaq yüklərin daha çox silah-sursat olacağını düşünürəm”.



Qeyd edək ki, Gürcüstanın əsas müxalifəti hesab olunan “Vahid milli hərəkat” Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq başçısı Qriqol Vaşadze deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini bu dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan   Azər-Süleymanov  





Xəbər lenti