Prezident Gürcüstanın maliyyə nazirini qəbul edib - Yenilənib

Prezident Gürcüstanın maliyyə nazirini qəbul edib - Yenilənib
  22 Dekabr 2017    Oxunub:2034
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Mamuka Baxtadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.

Təbrikə görə minnətdarlığını bildirən Mamuka Baxtadze bundan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışarkən Bakı-Tbilisi-Qars layihəsinin icrasında iştirak etməsini məmnunluqla vurğuladı.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olundu.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşdə Bakı-Tbilisi-Qars layihəsinin regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi qeyd edildi. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti