Bu metrostansiyaların adları dəyişdiriləcək

Bu metrostansiyaların adları dəyişdiriləcək
  25 Sentyabr 2013    Oxunub:2114
Metro stansiyalarına qoyulan adlar yerləşdikləri ərazilərə uyğun olmalıdır
Bakıda bir neçə metro stansiyanın adları dəyişdirilə bilər.

Bu sözləri Bakı Metropoliteninin rəis müavini Rizvan Bayramov deyib.
Rizvan Bayramov bildirib ki, belə təcrübə əvvəllər də mövcud olub. Buna səbəb həmin metro stansiyalarının adlarının yerləşdikləri ərazilərə uyğun gəlməməsidir.

Əslində metro stansiyalarına qoyulan adlar yerləşdikləri ərazilərə uyğun olmalıdır.

Məsələn, “Ulduz” və “İnşaatçılar” metro stansiyalarının adları yerləşdikləri ərazi ilə bağlı heç bir uyğunluq təşkil etmir. Ancaq “Sahil”, “İçərişəhər” kimi metro stansiyaları birbaşa yerləşdikləri əraziləri açıqlayır. Yəni metro ilə sahilə, Dənizkənarı Milli Parka və ya İçərişəhərə getmək istəyən şəxs çətinlik çəkmədən “Sahil” və ya “İçərişəhər” metro stansiyalarından istifadə edə bilir.

Metropoliten rəsmisi əlavə edib ki, stansiyalara adların qoyulması təkcə onun yerləşdiyi ərazi ilə məhdudlaşmır. Həmin ərazidə olan əhəmiyyətli küçə və ya meydan adı, eyni zamanda, orada baş verən hər hansı hadisə belə metro stansiyasına ad qoyulması üçün nümunə və ya səbəb ola bilər.

Məsələn, əvvəllər “20 Yanvar” metro stansiyasının adı “11-ci qızıl ordu meydanı” idi. Lakin 20 Yanvar hadisələri ilə bağlı bu stansiyanın adı dəyişdirilmişdir. Eyni zamanda, “Koroğlu” stansiyası yaxınlığında Koroğlu meydanı yerləşir.

R.Bayramov deyib ki, Metropoliten metro stansiyalara ad verilməsi məsələsinə baxmır. Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti qəbul edir.(azərtac)


Teqlər:  





Xəbər lenti