Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi - FOTO
ABŞ-ın təhdidlərinə baxmayaraq, 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan qətnamənin lehinə səs verən ölkələr sırasındadır.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün İranın və Türkiyənin XİN rəhbərləri ilə Bakıda keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında ölkəmizin qətnamənin lehinə səs verəcəyini bəyan etmişdi.
AzVision.az
Teqlər: Azərbaycan BMT Qüds