Binəqədi şosesində 21 piyada keçidi salınıb
“Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub.
Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə yolda 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib”.
Qeyd edək ki, görülən işlər Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ilə birgə həyata keçirilib.
AzVision.az
Teqlər: BNA