Azərbaycanla ISESKO arasında əməkdaşlıq müzakirə olunub
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirdi və Əbdüləziz Osman əl-Tuveycrinin konfransda iştirakının və çıxışının önəmini qeyd etdi. Dövlətimizin başçısı Əbdüləziz Osman əl-Tuveycrinin konfransdakı çıxışı zamanı və eləcə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirdi.
ISESCO-nun baş direktoru bildirdi ki, Azərbaycanda gedən hərtərəfli, davamlı inkişaf prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlar İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılanır.
Görüşdə Azərbaycan ilə ISESKO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident İSESCO