Fədayə Laçının ailəsi ölkə rəhbərliyinə müraciət edəcək
Bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı məlumat verib. O, F.Laçının səhhətində problem olduğunu, özünü yaxşı hiss etmədiyini deyib.
Hesab edirik ki, Fədayə xanımın bu formada həbsdə saxlanılması düzgün deyil. Çünki o, ağır cinayətdə təqsirləndirilmir. Onun işi az ağır cinayətlərə aiddir. Əgər məhkəmə gələcəkdə onu günahkar saysa, ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılacaq. Bu baxımdan onun həbsxana rejimində saxlanılması doğru deyil. Fədayə xanımın səhhətində problem var, havası çatmır”.
Qeyd edək ki, müğənni F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Fədayə-Laçın