Leyla Əliyeva Azərbaycan-Rusiya Gənclər Forumuna qatılıb
Gənclər və İdman Nazirliyinin dünyanın 65 ölkəsi ilə gənclər və idman sahəsində əməkdaşlıq etdiyini vurğulayan Azad Rəhimov deyib: “Bu il biz ilk dəfə yeniyetmələr arasında istedadların hazırlanması laboratoriyasını beynəlxalq formatda təşkil etdik. Azərbaycan Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında böyük nümayəndə heyəti ilə təmsil olunub”.
Nazir forumun işinə uğurlar arzulayıb. Tədbir digər çıxışlarla davam edib.
AzVision.az
Teqlər: Leyla-Əliyeva Forum