“ASAN Radio” 2 yaşında - Konsert keçiriləcək (VİDEO)

“ASAN Radio” 2 yaşında - Konsert keçiriləcək (VİDEO)
  21 Dekabr 2017    Oxunub:3423
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
AzVision.az xəbər veri ki, ASAN Radio sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. ASAN Radioda Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” adlı veriliş yayımlanır. ASAN Radio həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçir. ASAN Radio hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqiləri təqdim edir.



ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. ASAN Radio həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radio Bakı və Abşeron yarımadası, Sumqayıtda 100 FM-də, Cənub və Aran bölgəsində -Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır. ASAN Radionun 2 yaşı münasibətilə “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı keçiriləcək.



Konsert dekabrın 23-ü saat 16:00-da başlayacaq. Bundan başqa, Həmrəylik nümayiş etdirib Yeni ili, həmçinin, ASAN xidmətin 5, ASAN Radionun isə 2 yaşı “Quba ASAN həyat kompleksi”ndə möhtəşəm konsertlə qeyd olunacaq. Röya dekabrın 29-u saat 16:00-da Qubada “ASAN-la röyalarınızı gerçəkləşdirəcək!”. 24 dekabr – ASAN Radionun yarandığı gün radioda xüsusi bayram buraxılışları təqdim ediləcək! ASAN Radio – Faydalı Məlumat dalğası!

AzVision.az


Teqlər: ASAN-Radio  





Xəbər lenti