AzVision.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib. Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
İndiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.
Avtomobillərin geri alınması Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədardır.
AzVision.az