Türkiyənin baş naziri Naxçıvanda - 9 ildən sonra ilk səfər (FOTO)

Türkiyənin baş naziri Naxçıvanda - 9 ildən sonra ilk səfər (FOTO)
  21 Dekabr 2017    Oxunub:3288
Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvana səfər edib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, baş naziri Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.



Türkiyənin baş naziri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə əklil qoyub. Daha sonra Naxçıvan Ali Məclisində Vasif Talıbovla görüşə yollanıb. Görüşdən sonra baş nazirin şərəfinə rəsmi ziyafət veriləcək.



Qeyd edək ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Belə ki, B.Yıldırım son doqquz il ərzində Türkiyədən Naxçıvana səfər edən ilk baş nazirdir.

AzVision.az


Teqlər: Türkiyə   Naxçıvan   Binəli-Yıldırım  





Xəbər lenti