İndoneziyada Azərbaycan Dili Mərkəzi açılacaq
AzVision.az xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.
Diplomat bildirib ki, 2018-ci ildə İndoneziya Azərbaycanda əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq: "Növbəti ildə Cakartada Azərbaycan Dili Mərkəzi fəaliyyətə başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda İndoneziya mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Bundan əlavə qarşılıqlı səfərlər, iş adamları arasında qarşılıqlı əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: İndoneziya Azərbaycan Səfir