İsrailin ölkəmizdəki səfiri Ağcabədiyə səfər edib

İsrailin ölkəmizdəki səfiri Ağcabədiyə səfər edib
  20 Dekabr 2017    Oxunub:2151
İsrailin Azərbaycandakı səfiri Cənub-Qərb bölgələrinə səfəri çərçivəsində Ağcabədi rayonuna gedib.
İsrailin Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, səfir Dan Stav səfəri çərçivəsində rayonun İcra Hakimiyyəti başçısı Şahin Məmmədovla görüşüb.

Ağcabədi icra başçısı səfiri rayonun iqtisadiyyatı barədə məlumatlandırıb.
Tərəflər iqtisadiyyat və MASHAV kursları vasitəsilə insan resursları sahəsində əməkdaşlığı müzakirə ediblər.







Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail   Ağcabədi   Səfir  





Xəbər lenti