Qanunsuz kömür biznesinə qarşı reydlər davam edir
Balakən rayonu ərazisində keçirilən reyd zamanı rayonun Püştətala kənd sakini Asif Məmmədova məxsus “UAZ-469” markalı 08 BD 142 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,2 kubmetr həcmində vələscinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 34,19 manat məbləğində ziyan tətbiq edilib.
Quba rayonu ərazisində keçirilən reyd zamanı rayonun Kürkün kənd sakini Rüstəm Abdullayevə məxsus “QAZ-69” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 1,2 kubmetr həcmində ağcaqayıncinsli meşə materialından hazırlanmış odun aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 18,65 manat məbləğində ziyan tətbiq edilib.
Qusar rayonu ərazisində keçirilən reyd zamanı rayonun İmamqulukənd kənd sakini Məmməd Məmmədova məxsus yeşik hazırlanan sexdə 1,4 kubmetr həcmində fıstıqcinsli içlik materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 208,70 manat məbləğində ziyan tətbiq edilib.
Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xudat şəhər sakini Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə 2,7 kubmetr həcmində fıstıqcinsli içlik materialı aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 402,50 manat məbləğində ziyan tətbiq edilib.
Hazırda reydlər davam etdirilir.
AzVision.az