“Lazım olsa, Nalbandyanla iki gün müzakirələr apara bilərəm” - Məmmədyarov

“Lazım olsa, Nalbandyanla iki gün müzakirələr apara bilərəm” - Məmmədyarov
  20 Dekabr 2017    Oxunub:1930
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü 2018-ci ilin yanvar ayının ortasında Avropa ölkəsində keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Məmmədyarov Nalbandyanla görüşün konkret yerinin bəlli olmadığını bildirib: "Vyanda ümumilikdə münaqişəyə dair 8 saatlıq müzakirə oldu. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlcə Ermənistan XİN rəhbəri, daha sonra mənimlə görüşlər keçirdilər. Nalbandyanla Vyanada sonuncu görüşüm 4 saat çəkdi. Çox intensiv müzakirələr oldu. Həmsədrlər müzakirə olunan məsələləri hazırlayıb, yanvarda bizə təqdim edəcəklər. Mən lazım olsa, iki gün də erməni həmkarımla münaqişənin həllinə dair müzakirələr apara bilərəm. Lakin bizim mövqeyimiz bəllidir. Biz danışıqların nəticəli olmasını istəyirik. Bizim hansı nəticəni istədiyimiz hamı üçün bəllidir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Nalbandyan  





Xəbər lenti