SORĞU: Respondentlərin 91,4%-i prezidentin siyasətini dəstəkləyir
İ.Yaqubova bildirib ki, tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında Naxçıvan Muxtar Respublikası və işğal altında olan rayonlar istisna olmaqla ölkənin 68 rayonunda baş tutub:
"Sorğu zamanı 4560 respondentin rəyi öyrənilib. Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92.8 faizi vəziyyəti sabit kimi qiymətləndirib. Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91.4 faizi bu siyasəti dəstəklədiklərini, 4.5 faizi dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 4.1 faizi cavab verməkdə çətinlik çəkib. Daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların 84.7 faizi bu siyasəti dəstəklədiklərini, 5.5 faizi dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 9.8 faizi cavab verməkdə çətinlik çəkiblər".
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: ELS İlham-Əliyev Prezident Sorğu