Nazirlər Xəzərin statusunu müzakirə ediblər - Yenilənib (FOTO)

Nazirlər Xəzərin statusunu müzakirə ediblər - Yenilənib (FOTO)
  20 Dekabr 2017    Oxunub:2909
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı istiqamətində atılan davamlı addımlar təqdir edilib.

Nazirlər bundan əlavə Xəzərin statusi ilə bağlı məsələni müzakirə ediblər.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.



Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Zərif   İran  





Xəbər lenti