Naxçıvanda yeni dövlət qurumu yaradıldı

Naxçıvanda yeni dövlət qurumu yaradıldı
  20 Dekabr 2017    Oxunub:1913
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov MR-da Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

AzVision.az xəbər verir ki, fərmana əsasən agentlik Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında yaradılıb.
Bundan əlavə fərmanda göstərilib ki, “Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin strukturu” təsdiq ediləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti