Bu gün Bakıda üç ölkənin XİN rəhbəri görüşəcək

Bu gün Bakıda üç ölkənin XİN rəhbəri görüşəcək
  20 Dekabr 2017    Oxunub:1880
Bu gün Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və İranın XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək.
Nazirlər üç ölkə arasında əməkdaşlığın perspektivlərini və digər aktual məsələləri müzakirə edəcəklər. Görüşdən sonra XİN başçılarının birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Bakı   Azərbaycan   İran   Türkiyə  





Xəbər lenti