Mədət Quliyev Putinlə görüşdə - Gündəm terrorla mübarizədir (FOTO)
Putin görüşdə iştirak edən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə rusiyalı həmkarlarına təqdim etdikləri məlumatlara görə təşəkkürünü bildirib: "Beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə ancaq birgə əməkdaşlıq şəraitində mümkündür".
Rusiya prezidenti təhlükəli cinayətkarların reyestrinin yaradılmasının dəfələrlə təklif olunduğunu xatırladıb: "Lakin təəssüflər olsun ki, tam və ətraflı cavab almamışıq. MDB ölkələri xüsusi xidmət orqanlarının bundan sonra da əməkdaşlığına ümid edirəm. Mütəşəkkil cinayətkarlığa və qeyri-qanuni miqrasiyaya qarşı birgə əməkdaşlıq dövləti daxildən möhkəmlətməyə imkan verir". (APA)
AzVision.az
Teqlər: Rusiya Putin Mədət-Quliyev