AZƏRTAC-ın fəaliyyətinin təmin edilməsi haqqında fərman
Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon manat təşkil edir. AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Agentliyin Nizamnaməsində AZƏRTAC-ın fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident AzərTAc