Hərbi xidmət keçən kişilərin sağlamlığı qorunacaq

Hərbi xidmət keçən kişilərin sağlamlığı qorunacaq
  19 Dekabr 2017    Oxunub:1720
Kişi reproduktiv sistemi xəstəliklərinin erkən aşkarlanması məqsədi ilə profilaktik tədbirlər həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

Layihənin 5-ci (Kişilərin reproduktiv sağlamlığının qorunması) maddəsinə əsasən, kişi əhalisinin reproduktiv sağlamlığının qorunmasına nəzarət olunması, kişi reproduktiv sistemi xəstəliklərinin müayinə və müalicəsinin təşkili məqsədi ilə tibbi yardım sistemi yaradılacaq.

Həmçinin hərbi xidmət keçən kişilərin reproduktiv sağlamlığının qorunması üzrə tədbirlər həyata keçiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səhiyyə   Kişi  





Xəbər lenti