İsveçrə şirkəti ermənilərə "yox" dedi – VİDEO
Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, bununla bağlı Nazirlik tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə uzunmüddətli iş aparılıb.
İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının ikili münasibətlərə xələl gətirdiyi diqqətə çatdırıb. Səfirliyin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, “Sviscom” “Karabakh Telecom” ilə əməkdaşlığına xitam verib. Ancaq Hikmət Hacıyev bildirir ki, hələ də bəzi ölkələrin telekommunikasiya şirkətləri işğal altındakı torpaqlarda rouminq xidmətləri göstərməkdə davam edirlər.
İşğal altında olan torpaqlarda bütün fəaliyyətlər kimi telekommunikasiya xidmətlərinin təşkil edilməsi hüququ tamamilə Azərbaycana məxsusdur. Hansısa dövlətin Azərbaycanın icazəsi olmadan bu fəaliyyətlə məşğul olması qanuna ziddir və beynəlxalq hüququn tələbinin kobud şəkildə pozulmasıdır. (Xəzər TV)
AzVision.az