3 yeni tibb kolleci yaradıldı

3 yeni tibb kolleci yaradıldı
  24 Sentyabr 2013    Oxunub:2415
Baş nazir Artur Rasizadənin qərarı ilə Azərbaycanda 3 yeni tibb kolleci yaradılıb.
AzVision.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, kolleclər Cəlilabad, Quba və Saatlı rayonlarında yaradılıb.

Yeni tibb kolleclərinin yaradılmasında məqsəd isə Səhiyyə Nazirliyinin təklifi ilə səhiyyə sahəsində orta tibbi kadr çatışmazlığını aradan qaldırmaqdır.

Yeni tibb kollecləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

Həmçinin, Səhiyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsi ilə yaradılmış kolleclərin pedaqoji və inzibati-xidmətedici kadrlarla, müvafiq maddi-texniki baza və binalar ilə təminatı, təhsil alacaq tələbələrin sayı, tələb olunan maliyyə vəsaitinin həcmi və fəaliyyəti ilə bağlı digər məsələlərin həlli barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilsin.


Teqlər:  





Xəbər lenti