Azərtac daha bir agentliklə əməkdaşlıq edəcək
AZƏRTAC-da keçirilən görüşdə beynəlxalq informasiya təşkilatlarında birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkənin əsas xəbər agentliklərinin beynəlxalq platformalarda daha sıx və səmərəli əməkdaşlığı üçün real imkanlar mövcuddur. AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. “Ötən ilin noyabrında OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında Kazinform texniki komitənin üzvü seçildi. Kazinforma bu təşkilatda fəaliyyətini genişləndirmək üçün AZƏRTAC lazımi dəstək göstərməyə hazırdır”, - deyə baş direktor bildirib.
Bibinor Tanelbayeva Kazinformun media qurumlarda AZƏRTAC ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu, birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini qeyd edib.
Görüşdə əlaqələrin intensivləşdirilməsi yolları, habelə müasir medianın inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: AZƏRTAC