Deputatların cəzalandırılmasını nəzərdə tutan layihənin detalları
"Çünki məsələ ixtisaslaşmış qurum olan Milli Məclisin İntizam Komitəsində müzakirə olunubsa, qərar qəbul olunubsa, bunun yenidən araşdırılması düzgün olmazdı. Bununla bağlı yeni variant hazırlandı. 175.3 maddənin 2-ci cümlə belə təklif olunur. Mərkəzi Seçki Komissyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya şikayəti verilə bilər".
Ə.Hüseynli vurğulayıb ki, Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda bu hallarla bağlı Mərkəzi Seçki Komissyasına Milli Məclisin rəsmi məlumatı daxil oldqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Beləliklə Mərkəzi Seçki Komissyası tərəfindən faktların 2 aydan gec olmayaraq müddətdə araşdırılması, mütəxəssislərdən ibarət qrupların yaradılması fikirləri çıxarılıb.
"176.4-cü maddəyə 2-ci cümlə əlavə edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə baxılan işin nəticələrindən asılı olaraq təyin olunur. Yəni deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunubsa, bu qərar qüvvəyə minbəyibsə, həmin dairədə seçki elan oluna bilməz, seçki keçirilə bilməz. Belə fikirlər səslənirdi ki, nə üçün deputatın mandatının ləğv edilməsi MSK tərəfindən baxılsın? Hazırda qüvvədə olan Seçki Məcəlləsinə görə Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndi Mərkəzi Seçki Komissyası tərəfindən araşdırılır" - Ə.Hüseynli qeyd edib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Əli-Hüseynli