Siyavuş Novruzov: "Əsgərlikdə olmayanlar hərbidən danışır"
S.Novruzov bildirib: “Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır”.
Deputat qeyd edib ki, orduya mütəxəssis rəhbərlik etməlidir: “Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, gördük, nələr baş verdi. Adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduda professional zabitlər olmalıdır. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir. Ordu sirləri qapalı olmalıdır. Mətbuat nazirliyin mətbuat xidmətinin verdiyi məlumatdan başqa məlumat yaymalı deyil”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Siyavuş-Novruzov