Prokurorluq təkzib etdi: “Jeep”in sürücüsü azadlığa buraxılmayıb
Belə ki, həmin yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə edən şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.
Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət olunmayıb və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələrindən tələb olunsa da, hazırkı vaxtadək bu tələbə bəzi KİV-lərin əməl etməməsi təəssüf doğurur.
AzVision.az
Teqlər: Prokurorluq Qəza