Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat
Daha sonra müvəqqəti işlər vəkili Ramil Fərzəliyev “Azərbaycan müstəqilliyin 25-ci ilində” adlı təqdimatla çıxış edib. Təqdimatın əvvəlində Azərbaycanın keçdiyi tarixi-siyasi dövrlərdən, Gülüstan və Türkmənçay müqavilələrindən, Azərbaycan Xalq Cümhuriyyətindən slaydlarla bəhs edilib.
Daha sonra sovet işğalı və sovet dövrü, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, müstəqilliyin bərpası, ümummilli lider Heydər Əliyev tərəfindən milli dövlətçiliyin əsasının qoyulması, iqtisadi və siyasi sabitliyin bərpa edilməsindən bəhs edilib.
Diplomat Azərbaycanın dinamik inkişafından, müasir ordu quruculuğundan, nəqliyyat, eləcə də tranzit və enerji dəhlizlərinin yaradılmasından, infrastruktur layihələrinin reallaşdırılması sahəsində görülən işlərdən xəritələr və fotoşəkillərlə bəhs edib.
AzVision.az
Teqlər: Kolumbiya Senat Azərbaycan Təqdimat