Ermənistanda girov saxlanılan həmyerlimizin məhkəməsi olacaq

 Ermənistanda girov saxlanılan həmyerlimizin məhkəməsi olacaq
  24 Sentyabr 2013    Oxunub:863
“Sentyabrın 27-də erməni sərhədçilər tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngovun işi barəsində yeni xəbər alacağıq”.
AzVision.az-a bu barədə Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 19-da Allahverdi Pələngovun oğlu İrəvana getdi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan kömək elədi, onun vasitəsilə görüş keçirdilər. Oğlu qayıdandan sonra bildirdi ki, atasının səhhətində heç bir problem yoxdur. Hər şey öz qaydasındadır. O, 3 Ermənistan vətəndaşı ilə birgə eyni kamerada saxlanılır”.

S.Mehdiyev A.Pələngov barəsində idni yeni məlumat gözlədiklərini qeyd edib. “İndi ayın 27-i üçün yeni xəbər gözləyirik. Çünki Georgi Vanyan danışıq aparır ki, onu oradan çıxartsın. Gələn ay amma dəqiq vaxt bəlli deyil, Allahverdi Pələngovun məhkəməsi olacaq”.

Qeyd edək ki, A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və “sərhədi qanunsuz keçmək”də ittiham edilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti