Turizmlə bağlı dəyişiklik plenar iclasa tövsiyə olunub
Komitə sədri Hadi Rəcəbli təklif olunan dəyişiklik barədə məlumat verib.
Bildirib ki, layihəyə əsasən Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq. O qeyd edib ki, hazırda Qanunun 7-1-ci (Turizm vizası) maddəsinin 7-1.16-cı bəndinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir.
Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AzVision.az
Teqlər: Milli-Məclis Komitə İclas