Əbülfəs Qarayev xanım səfirlə görüşüb

Əbülfəs Qarayev xanım səfirlə görüşüb
  13 Dekabr 2017    Oxunub:1151
Dekabrın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Kroftsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələrdən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.

Nazir Əbülfəs Qarayev ölkələr arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin genişləndirilməsindən söz açıb. Bu məqsədlə qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də turistlərin sayının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi təklifləri irəli sürülmüşdür. Nazir ölkəmizin mütəmadi olaraq Londonda keçirilən “WTM” beynəlxalq turizm sərgilərində iştirakı, bu çərçivədə turizmin inkişafı istiqamətində həyata keçirilən ikitərəfli görüşlər və təqdimatlar haqqında nümayəndə heyətini məlumatlandırıb. Bununla yanaşı, ölkəmizin regionlarının geniş turizm potensialına malik olduğu qeyd olunub, Şahdağ Turizm Mərkəzində yeni mövsümün açılışından bəhs olunub.

Böyük Britaniyanın səfiri xanım Karol Krofts qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib və ikitərəfli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. Səfir həmçinin, ölkəmizin zəngin mədəniyyət və turizm potensialının olduğunu xüsusilə vurğulayıb.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti