Meyitdən orqan köçürülməsi üzərində iş aparılır
"Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra etmişik. Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat icra olunub. 3 cüt də hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".
Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Mircəlal-Kazımi