Baş nazirin köməkçilərinin sayı azaldıldı
Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəlində edilən dəyişikliyə əsasən Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Həmçinin həmin qərarla Baş nazirin birinci müavininin köməkçilərinin sayı 1-dən 2-yə çatdırılıb.
Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.
Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.
Bununla da Nazirlər Kabineti Aparatının işçilərinin sayı 200-dən 205-ə çatdırılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Nazirlər-Kabineti