Millət vəkili AŞPA-da məruzəçi təyin edilib

Millət vəkili AŞPA-da məruzəçi təyin edilib
  13 Dekabr 2017    Oxunub:3179
Millət vəkili Vüsal Hüseynovun AŞPA-nın Hüquq məsələləri komitəsində “İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi” üzrə məruzəsi qəbul edilib.
AzVision.az xəbər verir ki, məruzə AŞPA-nın yanvar sessiyasında plenar iclasda müzakirə ediləcək.

V.Hüseynov həmçinin komitə tərəfindən AŞPA-nın “İnsan hüquqları və biznes” mövzusunda olan yeni məruzəsi üzrə məruzəçi təyin edilib.

AzVision.az


Teqlər: Vüsal-Hüseynov   AŞPA  





Xəbər lenti