Bakıya qəza enişi edən təyyarənin sərnişinləri yola salındı

Bakıya qəza enişi edən təyyarənin sərnişinləri yola salındı
  12 Dekabr 2017    Oxunub:2641
Bakıya məcburi qəza enişi edən “British Airways” şirkətinin “Boeing 777” təyyarəsinin sərnişinləri Bakıdan başqa təyyarə ilə Londona yola salınıb.

Bu barədə AzVision.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
AZAL rəsmisi deyib ki, aviaşirkətin qərarına əsasən sərnişinləri aparmaq üçün Bakıya başqa təyyarə göndərilib.

“Bakıya qəza enişi edən və təmir edilən “Boeing 777”-in ekipaj üzvləri dincəldikdən sonra həmin təyyarə Londona uçacaq”.

Qeyd edək ki, dekabrın 11-də Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib. Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: AZAL  





Xəbər lenti