Nazarbayev prezidentlərin görüşü ilə bağlı təklif verəcək

Nazarbayev prezidentlərin görüşü ilə bağlı təklif verəcək
  12 Dekabr 2017    Oxunub:1283
"Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn ilin birinci yarısında Xəzəryanı dövlət başçıları sammitinin keçirilməsi ilə bağlı təklif verəcək. Görüşün tarixi dövlət başçıları ilə razılaşdırılacaq".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

XİN rəsmisi deyib ki, həmin dövrə qədər razılaşdırılmış Konvensiya layihəsi müvafiq dövlətlərdaxili prosedurlardan və digər texniki mərhələlərdən keçəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN   Xələf-Xələfov  





Xəbər lenti