Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər

Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər
  12 Dekabr 2017    Oxunub:1697
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq komitəsinin iclasının nə vaxt keçiriləcəyi ilə bağlı hələlik məlumat yoxdur. Bundan öncə gərək şuranın iclası olsun, sonra komitənin iclası keçirilə bilər.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini bildirib ki, danışıqlar gələn ilin sonuna kimi uzana bilər:

"Hər iki tərəf öz mövqeyində qalır. Sektoral blokda yaxşı irəliləyiş müşahidə edilir. Siyasi blokda da bəzi irəliləyişlər mövcuddur. Ticarət və investisiyada isə ləngimələr var".

M.Məmmədquliyev, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sazişinin imzalanmasındakı ləngimələrə aydınlıq gətirib. Bildirib ki, bunula bağlı bir neçə razılaşdırılmayan məsələ qalıb: "Ola bilsin ki, yanvar-fevral ayında həll olunsun".

Nazir müavini qeyd edib ki, bu məsələ ilə bağlı növbəti ilin əvvəlində Azərbaycana Aİ-nin nümayəndə heyəti gələ bilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN     Azərbaycan   Mahmud-Məmmədquliyev  





Xəbər lenti