Bakıda xəttatlıq sənəti üzrə treninq keçiriləcək

Bakıda xəttatlıq sənəti üzrə treninq keçiriləcək
  12 Dekabr 2017    Oxunub:2527
19-22 dekabr tarixlərində saat 16:30-da Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçiriləcək.
Bu barədə Misir Səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilib.
Treninq xəttatlıq sənəti üzrə 30 illik təcrübəyə malik məşhur Misir xəttatı Mustafa Məhəmməd Amri tərəfindən keçiriləcək.

Treninqdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran şəxslər iştirak edə bilərlər.

Yerlər məhduddur. İştirak etmək istəyən şəxslər 012 561 12 17 nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Treninqin sonunda iştirakçılar mütəxəssis tərəfindən imtahan olunaraq Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin sertifikatı ilə mükafatlandırılacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Misir  





Xəbər lenti