DİN-in əməkdaşı çempion oldu

DİN-in əməkdaşı çempion oldu
  12 Dekabr 2017    Oxunub:1656
Bu gün ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsi olaraq idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bayrağımızı ucaldır, himnimizi səsləndirir, ölkəmizi möhtəşəm idman arenalarında layiqincə təmsil edirlər.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, paytaxtımızda olduğu kimi, regionlarda da Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib-istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi idmançılar üçün əlverişli şərait yaradıb. Bu imkandan həmkarlarımız da maksimum dərəcədə yararlanırlar. Bunun nəticəsidir ki, onlar bir çox yarışlarda iştirak edir, böyük nailiyyətlər qazanırlar.

Belə idmançılarımızdan biri də Şəki ŞRPŞ-nin əməkdaşı, polis serjantı Turğut Məhərrəmlidir. O idmanın qarışıq əlbəyaxa döyüş növləri-MMA ilə məşğul olur. İkiqat respublika çempionudur, dəfələrlə beynəlxalq yarışların qalibi olub. Sonuncu qələbəsini bir neçə gün öncə ölkəmizdə budo döyüş növləri üzrə keçirilən dünya kuboku yarışında qazanıb.

İdmançımız bu yarışda 80 kiloqram çəki dərəcəsində 1-ci yerə layiq görülüb.

Turğut yarışla bağlı təəssüratlarını bölüşərək bildirib ki, bu idman növü üzrə dünyanın seçmə idmançıları ölkəmizdə idi. Əvvəlcə İran, daha sonra Rusiya idmançısı ilə qarşılaşıb. İlk görüşdən zədələnməsinə baxmayaraq mübarizəni davam etdirib. Finalda Hindistan təmsilçisi ilə qarşılaşıb və qızıl medal qazanıb.
T.Məhərrəmli ölkə və DİN rəhbərliyinin idmana yaratdığı şəraitdən, göstərdiyi diqqət və qayğıdan ruhlanaraq bundan sonra da idman nailiyyətlərini artıracağını deyib.

AzVision.az


Teqlər: DİN   Əməkdaş   Çempion  





Xəbər lenti