Qarabağda erməni əsgəri ölüb

 Qarabağda erməni əsgəri ölüb
  12 Dekabr 2017    Oxunub:2385
Ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərlər arasında atışma baş verib.

AzVision.az “Panorama.am”-a istinadən xəbər verir ki, dünən saat 19:30 radələrində erməni əsgər öz xidmət yoldaşını güllələyib.
İnsident nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qarabağ   Erməni   Hərbçi  





Xəbər lenti