Azərbaycan və Gürcüstan gömrükçüləri arasında görüş
Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, əlaqələrin davamlı inkişaf etdiyi və qarşılıqlı münasibətlərin güclənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. İki qonşu, dost ölkələr arasında gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqın daha da artırılması, gömrük prosedurlarının və ticarətinasanlaşdırılması, gömrük sərhəddindən malların və nəqliyyat vasitələrinin maneəsiz və operativ qaydada keçirilməsi, həmçinin malların mənşə ölkəsinin müəyyənləşdirilməsi istiqamətində hüquqi tənzimləyici sənədlərin yenidən işlənib hazırlanması üçün məsələlər müzakirə olunub.
Görüşdə bayramqabağı günlərdə gömrük-sərhəd keçid məntəqələrində insan axınının çox olması nəticəsində yarana biləcək sıxlığın vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
AzVision.az
Teqlər: Gömrük Azərbaycan Gürcüstan